Fransa əks-kəşfiyyatı dövlət çevrilişinin qarşısını alıbbackend

Fransa əks-kəşfiyyatı dövlət çevrilişinin qarşısını alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (əks-kəşfiyyat) dövlət çevrilişinə cəhdin qarşısını alıb.

Yenisabah.az “Le Parisien”ə istinadal xəbər verir ki, oktyabrın sonunda Demokratik Hərəkat (MoDem) partiyasının keçmiş deputatı Remi Daye thəbs olunub.

O, ölkədəki peyvənd mərkəzlərinə hücumlar planlaşdırıbmış.

Dayenin əlaqələrini araşdıran kəşfiyyat müstəntiqləri onun terror icması yaratdığını aşkar ediblər. Bu, bəziləri xaricdə olan çoxlu aktiv və təqaüdçü polis, jandarm və hərbçilərdən ibarət qrupdur. Qrupun lideri sərt iyerarxiyaya malik hərəkatın hərbi qanadının qurucusu və kuratoru 63 yaşlı, istefada olan polkovnik-leytenant Kristof M.-dir.

Çevriliş iştirakçıları arasında yazışmaların təhlili əsasında müstəntiqlər hər biri öz bölgəsinə cavabdeh olan ən azı 36 “kapitan”ı müəyyən edib.

Bu günə qədər iş üzrə 12 sui-qəsdçiyə qarşı ittiham irəli sürülüb.