“Fransa İordaniyanın tələbi ilə İranın raketlərini ələ keçirib” – Makronbackend

“Fransa İordaniyanın tələbi ilə İranın raketlərini ələ keçirib” – Makron

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa İordaniyanın tələbi ilə İranın raketlərini ələ keçirib.

İnterpress.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron BFMTV telekanalının efirində deyib. Makron bildirib ki, onlar İordaniyanın tələbi ilə İranın raketlərini ələ keçiriblər.

“Fransa aprelin 14-də İordaniyanın tələbi ilə İsrailə yönəlmiş İran raketləri və pilotsuz təyyarələrini ələ keçirib.

Bizim İordaniyada hava bazamız var… Bu atəşlərlə İordaniyanın hava məkanı pozulub. Biz təyyarələrimizi qaldırdıq və tutmalı olduğumuz raketləri tutduq”, – o əlavə edib.

Xuraman Etibarlı

İnterpress.az