Fransa Misirin Qəzzanın yenidən qurulması planını dəstəkləyir.
İnterpress.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.
Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan Ərəb Liqası ölkələrinin martın 4-də Qahirədə keçirilən sammitdə qəbul etdiyi Qəzzanın yenidən qurulması planını alqışlayıb.
O, HƏMAS-ın müharibədən sonra Qəzza zolağının idarəçiliyindən “tamamilə” uzaqlaşdırılmalı olduğunu vurğulayıb.
“Bu plan Qəzzada bugünkü müharibədən sonrakı yenidənqurma, idarəetmə və təhlükəsizlik ehtiyaclarına cavab vermək üçün ciddi və etibarlı çərçivəni təmsil edir”, – Lemuan deyib.
Onun sözlərinə görə, ərəb planı anklavda HƏMAS-ın tam tərksilah edilməsini nəzərə almaqla İsrailə etibarlı təhlükəsizlik təminatları verməlidir
Xuraman Etibarlı
İnterpress.az