Fransa XİN başçısı Kiyevdə səfərdədirbackend

Fransa XİN başçısı Kiyevdə səfərdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın xarici işlər naziri Ketrin Kolonna Kiyevdə səfərdədir.

Fransa XİN-in mətbuat xidmətinin məlumatına görə, o, Ukraynanın Prezidenti Volodimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

“Nazir bu səfəri ilə Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və Parisin Rusiyanın təcavüzü qarşısında həm humanitar, həm maliyyə, həm də müdafiə silahlarının tədarükü baxımından Ukraynaya dəstəyi gücləndirməkdə tam qətiyyətini nümayiş etdirmək istəyir”, – XİN-in bəyanatında deyilir.

Bildirilib ki, Zelenski və Kuleba ilə görüşlər zamanı XİN başçısı Ukraynadan taxıl və yağlı bitkilərin ixracı məsələsini müzakirə etmək niyyətindədir. “İxracda yaranmış problemlər ərzaq təhlükəsizliyi üçün real risk yaradır. Bu məsələ qısa zamanda konkret həll yollarının tapılmasını tələb edir”, – nazirliyin açıqlamasında deyilir.

Artıq nazir tviter səhifəsində qatarın qarşısında fotosunu paylaşaraq “Fransanın dəstəyini göstərmək üçün indicə Ukraynaya gəldim” sözlərini yazıb.