Fransada aktivistlər nazirliyin binasını boyalarla rəngləyiblərbackend

Fransada aktivistlər nazirliyin binasını boyalarla rəngləyiblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransada fəallar hökumətin iqlim dəyişikliyi ilə mübarizədəki fəaliyyətsizliyinə etiraz etmək üçün baş nazirin “Matinyon” kimi tanınan binasını narıncı rəngə boyayıblar.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Onlar binanın qarşısındakı tağlar da daxil olmaqla, qapı və divarlara narıncı boya spreyi səpiblər.

Fəallar hökuməti iqlim dəyişikliyi ilə mübarizə apara bilməməkdə tənqid ediblər və üzərində “Kimdir günahkar?” sözləri yazılmış köynəklər geyinərək aksiya keçiriblər.

Polis müdaxilə edərək fəalları saxlayıb.