Fransada elektrik enerjisinin kəsilməsi qatarların hərəkətini dayandırıbbackend

Fransada elektrik enerjisinin kəsilməsi qatarların hərəkətini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın paytaxtı Parisin də daxil olduğu İle-de-Frans bölgəsində elektrik enerjisinin kəsilməsi səbəbindən qatarların hərəkəti dayandırılıb.

Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.

Belə ki, Bry-sur-Marnedə qatar xətlərini elektrik enerjisi ilə təmin edən transformatorda nasazlıq yaranıb.

Fasilə səbəbindən Vincennes və Noisy-le-Grand-Mont arasında sərnişin daşıyan RER A xəttində qatarların hərəkəti dayanıb.

Qatarların hərəkətinin dayandırılması ilə əlaqədar sözügedən rayonlara əlavə avtobus reysləri əlavə edilib.

Elektrik nasazlığının hələ də aradan qaldırılmadığı bildirilir.