Fransada 3 səviyyəli xəbərdarlıq sistemində quş qripinə qarşı xəbərdarlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Son həftələrdə Fransa ilə yanaşı, Almaniya, Hollandiya və Belçikada da dünyada milyonlarla quşun ölümünə səbəb olan yoluxucu quş qripi hadisələri görüldükdən sonra hökumət tədbirləri sərtləşdirib.
Rəsmi qəzetdə dərc olunan fərmanla bütün quşçuluq evlərinin qapalı şəkildə saxlanmasını tələb edən xəbərdarlıq səviyyəsi ən yüksək səviyyəyə qaldırılıb.
Ötən həftə Brittani bölgəsində fermada quş qripi epidemiyası baş verib.
Keçən qışda quş qripi ilə əlaqədar ölkədə həyəcan səviyyəsi ən yüksək səviyyəyə qaldırılmışdı.