Fransada zavodda olan 40-dan çox yeni avtomobil yanıbbackend

Fransada zavodda olan 40-dan çox yeni avtomobil yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın şimalındakı Saşo kommunasında yerləşən “Stellantis” avtomobil zavodunda 40-dan çox avtomobil yanıb.

Bu barədə “France Press” nəşri yazıb.

Qeyd olunub ki, yanğın nəticəsində ümumilikdə 52 avtomobilə ziyan dəyib, onlardan 42-si tamamilə yanıb. Bunlar yeni istehsal olunan “Peugeot 3008” və “Peugeot 5008” markalı avtomobillərdir.

“Stellantis” avtomobil zavodunun yaydığı bəyanata görə, müəssisənin ərazisinə bir və ya bir neçə şəxs daxil olub: “Onların niyyətlərinin nə olduğunu bilmirik”.