FT: “Zamanla ABŞ Ukraynanı döyüş təyyarələri ilə təmin edəcək”backend

FT: “Zamanla ABŞ Ukraynanı döyüş təyyarələri ilə təmin edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vaşinqton bildirib ki, zamanla, böyük ehtimalla, təyyarələr Ukraynaya təhvil veriləcək.

Bu barədə “Financial Times” nəşri mənbələrə istinadən yazır.

Vaşinqton rəsmiləri etiraf edirlər ki, onlar Ukraynaya müharibə uzandıqca daha təkmil hava qüvvəsi ilə təmin edəcəklər və ya ən azından digər ölkələrdən “F-16” transferlərinə yaşıl işıq yandıracaqlar.

Mənbələrin məlumatına görə, fevralın 14-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin növbəti iclasında Kiyevin qırıcı təyyarələrlə təmin olunması məsələsi müzakirə olunacaq. Mənbələr həmçinin qeyd ediblər ki, təyyarələrin alınması Ukrayna üçün daha uzunmüddətli hədəfdir.

Qeyd olunub ki, Kiyev üçün prioritet Ukrayna Silahlı Qüvvələri üçün sursat almaqdır. Rəsmilər bildiriblər ki, Qərb ölkələri Brüsseldə keçiriləcək görüş zamanı Kiyevə əlavə sursat və hava hücumundan müdafiə (HHM) avadanlıqları vəd edəcək.