Gecə klubunda yaralanan seneqallı qızla bağlı RƏSMİ AÇIQLAMAbackend

Gecə klubunda yaralanan seneqallı qızla bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir: “Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb”.

Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan üç nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.