Hindistanda gənc oğlan qardaşı ilə evlənməkdən imtina edən tələbə qızı qətlə yetirib.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hindistanın Banqaloor şəhərində 21 yaşlı Surya adlı gənc, 22 yaşlı hüquq fakültəsinin tələbəsi Amrutu qardaşı ilə evlənməkdən imtina etdiyi üçün bıçaqlayaraq öldürüb.
Hadisə iyulun 13-də qız evə qayıdarkən baş verib.
Cinayətkar gənc tələbə qıza sinə və kürək nahiyələrindən bir neçə ağır bıçaq zərbəsi endirib. Ətrafdakı hadisə şahidləri qatili yerindəcə saxlayaraq polisə təhvil veriblər.
Kəskin xəsarətlər alan Amrut xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra palatada dünyasını dəyişib.
İstintaq zamanı məlum olub ki, gənc qız qatilin qardaşı ilə 3 il münasibətdə olub, lakin onun əvvəllər evli olduğunu və uşağının olduğunu öyrəndikdən sonra ayrılmaq qərarı verib.
Bundan sonra oğlanın ailəsi toy tələb etməyə və qızı mütəmadi olaraq ölümlə hədələməyə başlayıb. Polis həmçinin şübhəlilərin iddia etdiyi borc pul versiyasını da yoxlayır.
Xuraman Etibarlı
İnterpress.аz






