“Gəncə qapılarının vəziyyəti ilə bağlı Gürcüstan tərəfindən yekdil rəy yoxdur. Amma biz bunun danışıqlar vasitəsi ilə Azərbaycana qaytarılmasını müzakirə edirik”.
İnterpress.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Gəncədə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələ Azərbaycanın təşəbbüsü ilə Gürcüstanla Azərbaycan arasında Hökümətlərarası Komissiyanın gündəliyinə salınıb:
“Danışıqlar asan olmasa da, gedir. Məqsədimiz Azərbaycan mirasına aid olan qapıların ölkəyə qaytarılmasıdır”.