Gəncədə Cavad xanın heykəlinin ucaldılması məsələsinə baxılacaq. Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.
Mədəniyyət Nazirliyindən bildiriblər ki, Mədəniyyət Nazirliyinin nəzdində heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası fəaliyyət göstərir.
Mədəniyyət Nazirliyinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur. Bu müraciətlər sözügedən Ekspert Komissiyasının növbəti iclaslarında nəzərdən keçiriləcək və müvafiq addımlar atılacaqdır.