Ukraynanın Gənclər və İdman Nazirliyi fövqəladə vəziyyət dövründə ölkədə bütün idman və kütləvi tədbirləri ləğv etmək qərarına gəlib.
İnterpress.az-ın məlumatına görə, müvafiq sərəncam gün ərzində veriləcək. Buna səbəb Ukrayna ilə Rusiya arasında mümkün müharibə təhlükəsidir.
Fövqəladə vəziyyət ən azı 30 gün müddətində qüvvədə olacaq. Ali Radanın bu gün prezident Vladimir Zelenskinin müvafiq fərmanını ratifikasiya edəcəyi gözlənilir.
Bu isə o deməkdir ki, yaxın 30 gün ərzində ölkə ərazisində idman yarışları və təlim-məşq toplanışları olmayacaq. İddiaya görə, Ukrayna yığmalarının beynəlxalq yarışlarda iştirakı ləğv edilməyib.