General: “Pentaqon döyüş hazırlığını qoruyub saxlayaraq Kiyevi silahla təmin edə biləcək”backend

General: “Pentaqon döyüş hazırlığını qoruyub saxlayaraq Kiyevi silahla təmin edə biləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları əmindir ki, Amerika qüvvələrinin döyüş hazırlığını lazım olan müddətdə saxlayaraq Kiyevə hərbi yardım göstərə biləcək.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü, Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder deyib.

“Bizdə olan konkret silahların, spesifik sistemlərin tapılması üçün tərəfdaşlarla işimizdə bir sıra amillər nəzərə alınır ki, biz Ukraynanı dəstəkləməyə davam edə bilək və eyni zamanda öz döyüş hazırlığımızı, arsenallarımızı qoruya bilək.

Mən deyərdim ki, koalisiya olaraq strateji nöqteyi-nəzərdən bizim güclü tərəflərimizdən biri də odur ki, bizim üzərində qura biləcəyimiz çox geniş sənaye bazamız, eləcə də bu işdə bizə kömək etmək istəyən motivasiyalı hərbi-sənaye kompleksi müəssisələri var. Ona görə də biz əminik ki, lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcəyik. Və biz əminik ki, ölkəmizi qorumaq üçün lazım olan hazırlıq səviyyəsini qoruyub saxlaya biləcəyik”-deyə, o bildirib.

Bir müddət əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Del Toro Ukraynaya silah tədarükü ilə bağlı mümkün çətinliklərdən danışaraq bildirib ki, Pentaqon hazırda ABŞ hərbi sənaye kompleksi ilə sıx əməkdaşlıq edir və ondan istehsal həcmini genişləndirməyə çalışır.