Giuli Alasaniya: “Saakaşvili sevgisinə görə cəzalandırılır”backend

Giuli Alasaniya: “Saakaşvili sevgisinə görə cəzalandırılır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

“Saakaşvili sevgisinə və vətənpərvərliyinə görə cəzalandırılır”.

İnterpress.az-ın Gürcüstan təmsilçisi xəbər verir ki, bu sözləri Giuli Alasaniya jurnalistlərə müsahibəsində bildirib.

Onun verdiyi məlumata görə, Mixeil Saakaşvilinin əsəb sistemi pozulur və səhhəti günü-gündən pisləşir.

“Saakaşvilinin orqanizmi dəhşətli dərəcədə zəifləyib və əsəb sistemi tamamilə pozulub. O, günü-gündən daha da pisləşir. Bu ağırlaşmanın real nəticəsini də bilirik. Biz ağır metallarla mübarizə aparırıq. Bu, hər şeydən çox pisdir.
Bilirsiniz, məni ən çox təəccübləndirən şey nədir? Həyatımın böyük bir hissəsini Sovet İttifaqında, sovet sistemində keçirdim, hətta xatırlayıram ki, ABŞ-a sevgi indiki kimi haram deyildi, hansı ki, indi vətənə sevgi qadağandır. Burada bizim canlı nümunəmiz mövcuddur ” – Alasaniya bildirib.