Çilidə tikinti kranı yaşayış binalarının üzərinə aşıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Çilinin şimalında yerləşən Kokimbo şəhərində güclü külək səbəbindən tikinti kranı yaşayış binalarının üzərinə aşıb.
Kəskin külək qəflətən kranın müvazinətini itirməsinə və yaxınlıqdakı evlərin üzərinə devrilməsinə səbəb olub.
Məlumata görə, nəhəng tikinti kranı bir neçə yaşayış evinə kəskin ziyan vurub. Hadisə yerinə dərhal xilasedicilər və fövqəladə hallar xidmətinin əməkdaşları cəlb olunub.
Dağıntılar altında qalanların və ya xəsarət alanların olub-olmaması barədə rəsmi orqanlar tərəfindən hələlik dəqiq məlumat verilməyib.
Ərazidə lazımi təhlükəsizlik tədbirləri gücləndirilib və araşdırma işləri aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






