Gümrüdəki “etiraz aksiyası” şousu: “Paşinyan Kremlin nəbzini yoxlayır”backend

Gümrüdəki “etiraz aksiyası” şousu: “Paşinyan Kremlin nəbzini yoxlayır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Paşinyan Qarabağdakı aksiyalardan və mövcud vəziyyətdən narahatdır”

Milli Demokratik Qütb bloku 8 yanvar tarixində Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə keçirilən etiraz aksiyasına etiraz bildiriblər. Aksiya iştirakçıları Laçın yolunda yaranmış vəziyyətə görə, o cümlədən Rusiya sülhməramlı kontingetini də (RSK) günahlandırıblar. Aksiyaçılar bundan başqa RSK-dan Laçın yoluyla bağlı “öhdəliklərini yerinə yetirməyi” tələb ediblər.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, Rusiya bu hərbi bazadan Qarabağa “humanitar yardım” adı altında silah-sursat daşıyır. Bu faktı rəsmi Bakı da dəfələrlə aşkarlayıb. Kreml faktiki olaraq 102-ci hərbi baza vasitəsi ilə separatçıları silahlandırır:

“Aydın məsələdir ki, Nikol Paşinyan Qərbyönlü siyasət yeridir və Rusiya Gümrüdəki 102-ci hərbi bazasının Ermənistandan çıxmasını istəyir. Lakin o, bunun bu tezlikdə baş verməyəcəyini də yaxşı başa düşür. Bu mənada Paşinyan bu aksiya ilə Kremlin nəbzini yoxlayır. Yəni bu istiqamətdə gələcəkdə daha geniş bir aksiya keçirilsə Moskvanın cavabı necə olacağını Paşinyan test etmək istəyir. Rəsmi İrəvan hər nə qədər Qarabağ Azərbaycanın daxili məsələsidir desə də, 102-ci hərbi baza yolu ilə ermənilərin “müqavimətini” artırmaq vasitəsindən imtina etmək istəmir. Bundan başqa, Nikol Paşinyan Qarabağdakı aksiyalardan və mövcud vəziyyətdən narahatdır və narahatlığını Kremlin diqqətinə bu yolla çatdırır”.