Gürcüstan hökuməti Avropa İttifaqına (Aİ) üzv olmaq üçün müraciət hazırlayır.
İnterpress.az xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze məlumat verib.
Müraciət sabah Avropa İttifaqının strukturlarına təqdim olunacaq.
Partiya sədri təşkilatı ərizəyə dərhal baxmağa və Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı qərar qəbul etməyə çağırıb.