Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Davosda Dünya İqtisadi Forumunda ABŞ-nin “Amazon” korporasiyasının vitse-prezidenti Maykl Funke ilə görüşdə ölkəsində “Amazon Web Services” (AWS) regional məlumat mərkəzinin açılmasını təklif edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Davitaşvili bildirib ki, Tbilisinin təklifi “Amazon”un Gürcüstanı informasiya mübadiləsi mərkəzlərindən biri kimi nəzərdən keçirməsindən” ibarətdir.
Həmçinin, Baş nazirin müavininin sözlərinə görə, görüşdə o, Funke ilə Gürcüstanda rəqəmsal iqtisadiyyatın inkişafı və korporasiyanın “rəqəmsal transformasiya”da hökumətə yardımını müzakirə edib.
“Amazon Web Services” “Amazon” korporasiyasının bulud hesablama xidmətləri göstərən bölməsidir.






