Gürcüstan prezidenti seçkilərdə qadınlar üçün kvotaları ləğv edən qanuna VETO QOYDUbackend

Gürcüstan prezidenti seçkilərdə qadınlar üçün kvotaları ləğv edən qanuna VETO QOYDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan prezidenti seçkilərdə qadınlar üçün kvotaları ləğv edən qanuna veto qoyu

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili parlament bürosunun iclasında məlumat verib.

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərində partiya siyahılarında olan qadınlar üçün kvotaları ləğv edən qanunu imzalamaqdan imtina edib.

“Seçki məcəlləsinə gender kvotası ilə bağlı dəyişikliklərlə bağlı veto almışıq. Biz bu məsələni hüquqi məsələlər komitəsinə verəcəyik, o da bu məsələyə baxacaq və yalnız bundan sonra plenar iclasa çıxaracağıq”, – Papuaşvili bildirib.

Parlament prezidentin vetosunu ləğv edərsə, qanun imzalanmaq üçün yenidən prezidentə göndəriləcək.

Zurabişvili qanunu ikinci dəfə imzalamaqdan imtina edərsə, parlamentin spikeri onu imzalayacaq və bundan sonra qanun qüvvəyə minəcək.

Xuraman Etibarlı

İnterpress.az