Gürcüstanda ağır yol qəzası: azərbaycanlı öldübackend

Gürcüstanda ağır yol qəzası: azərbaycanlı öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Marneuli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Opel markalı avtomobildə gənc oğlan qəzaya düşüb.

Məlumata görə, ağır bədən xəsarəti alan gənc dünyasını dəyişib.

Hadisə Çereteli-Mirzoevka-Muğanlı-Kosalı yolunun Baydar kəndi hissəsində baş verib.

Hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub. 

Ölən şəxsin hələlik kimliyi məlum olmasa da, azərbaycanlı olduğu bildirilir.