Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıbbackend

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb.

Gürcüstanın Milli Statistika İdarəsinin yanvar ayı üzrə hesabatında bildirilib ki, bu ölkənin həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının hazırkı sayı 103 nəfər təşkil edir.

Sənədə əsasən, aylıq müqayisədə vətəndaşların sayı 1 nəfər artıb. Həmin şəxslərin 18-i ittiham olunan, 1-i yeniyetmə olmaqla 85-i isə məhkumdur.

Qonşu ölkədə probasiya nəzarətində isə 32-si kişi, 3-ü qadın olmaqla 35 nəfər Azərbaycan vətəndaşı saxlanılır. Onların sayı aylıq müqayisədə 1 nəfər artıb.

Gürcüstanda həbs cəzası çəkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 563, probasiya nəzarətində saxlanılan xarici ölkə vətəndaşlarının ümumi sayı isə 278 nəfərdir.