Qonşu Gürcüstanın Laqodexi, Poti və Xaşurid şəhərlərində Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilib.
İnterpress.az xəbər verir ki, aksiyalar sözügedən şəhərlərin yerli özünüidarəetmə orqanları qarşısında baş tutub.
Aksiya iştirakçıları sabiq prezidentin müalicəsi üçün xaricə köçürülməsini tələb ediblər.
“Vahid Milli Hərakat” partiyasından bildirilib ki, regionlardakı aksiya 20 fevral tarixində elan etdikləri əsas aksiyaya hazırlıq xarakteri daşıyır.