Gürcüstanda terror təşkilatına yardım edən iki nəfər SAXLANILDI – VİDEObackend

Gürcüstanda terror təşkilatına yardım edən iki nəfər SAXLANILDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda terror təşkilatına yardım etməkdə ittiham olunan iki nəfər saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan şəxslərin evlərinə baxış zamanı onların beynəlxalq terror təşkilatı ilə mümkün əlaqələrini təsdiqləyən döyüş sursatı, elektron cihazlar və digər maddi sübutlar götürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır; həbs olunanları 10 ildən 17 ilədək həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az