Gürcüstanın Baş naziri Bakı və Yerevana Tbilisidə danışıqlar aparmağı təklif etdibackend

Gürcüstanın Baş naziri Bakı və Yerevana Tbilisidə danışıqlar aparmağı təklif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Baş naziri Georgi Qaxariya hərbi münaqişəyə son qoymaq üçün Azərbaycan və Ermənistana Tbilisidə danışıqlar aparmağı təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə “RİA Novosti” xəbər yayıb.

“Bölgədə ən qısa müddətdə sülh yaratmaq bizim ümumi maraqlarımızdır. Gürcüstan bu prosesə istənilən formatda töhfə verməyə, o cümlədən dialoq aparmaq üçün Tbilisidə münaqişə tərəflərinin nümayəndələrinin görüşünü keçirməyə hazırdır”, – deyə o, bildirib.

Qaxariya vəziyyətin sonrakı kəskinləşməsinin bütün bölgənin təhlükəsizliyinə mənfi təsir göstərəcəyini qeyd edib.

Hökumət başçısı qeyd edib ki, Gürcüstan tərəfi bir daha ATƏT-in Minsk qrupunun həmsədrlərini və beynəlxalq iştirakçıları eskalasiyanı dayandırmaq və dialoqu bərpa etmək üçün imkanlarından maksimum dərəcədə istifadə etməyə çağırır.

 

İnterpress.az