Gürcüstanın keçmiş müdafiə naziri prokurorluqla razılaşmadan sonra 3 il həbs cəzası alıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze və onun qohumu Vasili Mxeidze rüşvət işi üzrə prokurorluqla prosessual razılaşma imzalayıblar.
Burçuladze 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzanın 3 ilini həbsdə keçirəcək, 2 il isə şərti cəza olacaq.
Bundan əlavə, ona 1 milyon lari (təxminən 1,54 milyon manat), 383,1 min dollar (təxminən 651 min manat) məbləğində cərimə təyin edilib.
Mxeidze 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O, 1 il 2 ay həbsdə qalacaq, 3 il isə şərti cəza olacaq.
Mxeidzeyə həmçinin 100 min lari (təxminən 153,7 min manat), 38,3 min dollar (təxminən 65,1 min manat) məbləğində cərimə kəsilib.
Xuraman Etibarlı
İnterpress.az






