Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşüb.
İnterpress.az xəbər verir ki, onlar ikitərəfli və regional məsələlər barədə danışıblar.
Tərəflər, həmçinin Qəzzadakı son durum və İsveçin NATO-ya üzvlüyünü müzakirə ediblər.