Hatayda 6,4 ballıq zəlzələdən sonra 32 afterşok baş veribbackend

Hatayda 6,4 ballıq zəlzələdən sonra 32 afterşok baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Hatay vilayətinin Defne rayonunda ötən gün axşam saatlarında baş verən 6,4 bal gücündə zəlzələdən sonra 32 afterşok qeydə alınıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bildirilib ki, afterşokların ən böyüyü 5,8 bal gücündə olub.

Zəlzələ nəticəsində 6 nəfər həyatını itirib, 294 nəfər isə xəstəxanalara yerləşdirilib.

Ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir.