Hazırda Kiyevdə durum necədir?backend

Hazırda Kiyevdə durum necədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın paytaxtı Kiyevdə vəziyyət gərgin olaraq qalır. Rusiya işğalçıları bütün Ukraynada mülki infrastrukturları məhv edir, raket zərbələri endirirlər”.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat yayılıb.

“Rusiyanın hərbi-texniki karvanı paytaxt ətrafında xaotik hərəkət edir. Müdafiə qüvvələri Kiyevin müdafiəsi üzrə tapşırıqları yerinə yetirirlər. Rusiya hərbçiləri texnikaları buraxıb. “NLAW”, “FGM-148 Javelin” və “Bayraktar” havadan daha çox atəşə tutublar”, – Ukrayna Quru Qoşunları komandanı, Kiyevin müdafiəsi komandanı general-polkovnik Aleksandr Sırski bildirib.