“Heç nə olmamış kimi davrana bilmərik” – Levandovskibackend

“Heç nə olmamış kimi davrana bilmərik” – Levandovski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulduz hücumçu Robert Levandovski Polşa Futbol Assosiasiyasının gələn ay Rusiyaya qarşı keçiriləcək dünya çempionatının seçmə oyunundan imtina etməsini yüksək qiymətləndirib.

İnterpress.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının prezidenti “Twitter” hesabında yazıb.

“Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün genişlənməsi fonunda Polşa millisi Rusiya Federasiyası ilə oyun keçirməyəcək”.

Almaniyanın “Bavariya” klubunda oynayan Levandovski “Twitter” hesabında azarkeşlərin müharibəyə görə məsuliyyət daşımadığını, ancaq heç nə şey olmamış kimi davrana bilməyəcəklərini qeyd edib.