Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMAbackend

Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bəhram Bağırzadənin kliniki əlamətləri yaxşıdır”.

Bunu Interpress.az-a açıqlamasında COVID-19-a yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, Əməkdar artistin vəziyyətində müsbət dinamika davam edir:

“Bəhram Bağırzadənin reabilitasiya prosesi davam edir. Kliniki göstəriciləri yaxşıdır. Eyni zamanda, əhval-ruhiyyəsi də yüksəkdir”.

Xatırladaq ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. B.Bağırzadə iyulun 2-də komadan ayılıb.

Əməkdar artist B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

 

 

 

 

 

 

 

 

 

 

 

Interpress.az