Helikopter qəzasında həlak olan İran Prezidenti və digərlərinin cənazələri Təbrizdən Tehrana aparılıb.
İnterpress.az “Tasnim”-ə istinadən xəbər verir ki, cənazələri daşıyan təyyarə Mehrabad hava limanına çatıb. Sabah onlarla Tehranda vida mərasimi keçiriləcək.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi və bir sıra rəsmi şəxslərin olduğu helikopter mayın 19-da, axşam saatlarında qəzaya uğrayıb. Hadisə nəticəsində İranın dövlət başçısı İbrahim Rəisi və xarici işlər naziri Hüseyin Əmirabdullahian da daxil olmaqla, helikopterdəki bütün şəxslər həlak olub.