HƏMAS: İsrail Rusiyadan əsir götürülənlərin azad edilməsi ilə bağlı kömək istəyibbackend

HƏMAS: İsrail Rusiyadan əsir götürülənlərin azad edilməsi ilə bağlı kömək istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsrail Rusiyadan əsir götürülənlərin azad edilməsi ilə bağlı danışıqlarda kömək istəyib”.

interpress.az xəbər verir ki, bunu HƏMAS-ın ali siyasi rəhbərliyinin nümayəndəsi Əbu Mərzuk Misirin Əl Qahirə telekanalına deyib.

HƏMAS iddia edir ki, İsrail Qəzza zolağında atəşkəslə bağlı danışıqların aparılması və əsir götürülənlərin, o cümlədən Rusiya vətəndaşlığı olanların azad edilməsi üçün Rusiyaya müraciət edib.

“Keçən həftə Moskvaya böyük bir İsrail nümayəndə heyəti gəlib. Onun üzvləri Rusiyadan danışıqlar prosesinə girməyi və bizi girovluqda olan Rusiya vətəndaşlarının azad edilməsi müqabilində hərbi əməliyyatların dayandırılmasına razılaşmağa təşviq etməyi xahiş ediblər”, – Mərzuk bildirib.

Xuraman Etibarlı

İnterpress.az