Hərbi xidmətdən qaçan əsgər tutuldu, bu rayondan imişbackend

Hərbi xidmətdən qaçan əsgər tutuldu, bu rayondan imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada 20 il əvvəl – 2002-ci ildə Moskva vilayətində yerləşən hərbi hissəni özbaşına tərk edən əsgər polis tərəfindən saxlanılıb.

İnterpress.az Lent.az-a  istinadən xəbər verir ki, həmin şəxs Sankt-Peterburqun Kalininski rayon sakinidir.

Onun bir gün əvvəl Jurnalist Təhqiqatları Agentliyinə hərbi xidmətindən danışmasından sonra polis hərəkətə keçib.

Daxili İşlər Nazirliyinin Baş İdarəsinin əməkdaşları axşam saat 8 radələrində Murinski parkı ilə üzbəüz Lunaçarski prospektində 42 yaşlı fərarinin saxlanılması ilə bağlı  əməliyyat keçirib.O, 2002-ci ildən “özbaşına olaraq bölməni və ya xidmət yerini tərk etmə” maddəsi ilə axtarışda olub. İlkin məlumata görə, peterburqlu 2001-ci ilin dekabrında orduya çağırılıb. Lakin 2002-ci ilin iyulunda hərbi hissənin ərazisini tərk edib.

Saxlanılan şəxs polis bölməsinə aparılıb və müvafiq qərarın qəbul edilməsi üçün hərbi komendantlığa məlumat verilib.