Həyətində çətənə bitkiləri yetişdirən Şabran rayon sakini saxlanıldıbackend

Həyətində çətənə bitkiləri yetişdirən Şabran rayon sakini saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində apardıqları əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Şabran sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə rayonun Şahnəzərli kənd sakini Eyvaz Qafarov saxlanılıb.

Ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 19 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 

 

İnterpress.az