Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Xocalı faciəsi ilə bağlı paylaşım edib.
İnterpress.az xəbər verir ki, H.Hacıyev “Twitter” hesabındakı paylaşımda 30 il əvvəl Xocalıda əsir düşən Ləfxanım Mahmudova yaşadığı dəhşətləri xatırladıb.
“Bu gözlər çox şeylərin şahidi olub! Plakatdakı foto Xocalı soyqırımından sağ çıxan Ləfxanıma aiddir. O, 9 yaşında ikən 1992-ci ildə Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşiliklərdən azərbaycanlı jurnalistə danışıb və bunlar lentə alınıb. Atası gözlərinin qarşısında öldürülüb. O, bu xatirələri unuda bilmir”, – deyə H.Hacıyev bildirib.