Hindistanda mitinqdə 7 nəfər ölübbackend

Hindistanda mitinqdə 7 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Andhra Pradeş əyalətində siyasi partiyanın təşkil etdiyi mitinqdə izdiham nəticəsində 7 nəfər həyatını itirib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Andhra Pradeş əyalətinin keçmiş baş naziri Nara Çandrababunun rəhbərlik etdiyi Teluqu Desam Partiyasının ştatın cənubundakı Nellore şəhərində təşkil etdiyi mitinqdə izdiham yaşanıb.

Hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşları göndərilib, yaralılara tibbi yardım göstərilib.