Hindistanda tikinti düşərgəsində güclü qar uçqunu BAŞ VERDİ – VİDEObackend

Hindistanda tikinti düşərgəsində güclü qar uçqunu BAŞ VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda tikinti düşərgəsində güclü qar uçqunu baş verib.

İnterpress.az xəbər verir ki, Hindistanın Uttarakhand əyalətində təbii fəlakət baş verib. 57 işçi qar altında qalıb.

Artıq 16 nəfər xilas edilib, 41 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Xilasedicilər hadisə yerinə tez çata bilmir. Yol qarla örtülüdür və mobil telefon əlaqəsi yoxdur.

Əməliyyata ordu və digər fövqəladə xidmətlər cəlb olunub.

Xuraman Etibarlı

İnterpress.az