Hollandiyalı xilasedicilər Türkiyədə zəlzələdən sonra dağıntılar altından 11 nəfəri xilas edibbackend

Hollandiyalı xilasedicilər Türkiyədə zəlzələdən sonra dağıntılar altından 11 nəfəri xilas edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiya axtarış-xilasetmə qrupu Türkiyədə zəlzələdən sonra dağıntılar altından 11 nəfəri xilas edib.

Bu barədə İnterpress.az xarici KİV-ə istinadən xəbər verir.

Hollandiya Axtarış və Xilasetmə Qrupu USAR-ın 65 nəfərlik axtarış-xilasetmə qrupu fevralın 7-dən etibarən 8 mütəxəssis iti ilə Hatayda axtarış-xilasetmə işlərinə dəstək verir.

Hatayın Antakya rayonunun Günyazı Məhəlləsində işlərini davam etdirən qrup indiyədək dağıntılar altından 11 nəfəri sağ çıxara bilib.