Hörmüz boğazı blokadası Britaniyanı yeni qərara VADAR ETDİbackend

Hörmüz boğazı blokadası Britaniyanı yeni qərara VADAR ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya üçüncü ölkələrdən Rusiya neftindən istehsal olunan yanacağın idxalına icazə verib.

İnterpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya mediası məlumat yayıb.

Böyük Britaniya hökuməti üçüncü ölkələrdə Rusiya neftindən emal olunmuş dizel yanacağı və aviasiya kerosininin ölkəyə idxalına icazə verən qeyri-müəyyən müddətli lisenziya verib.

Hökumətdən bildirilib ki, mayın 20-də qüvvəyə minəcək və konkret son istifadə tarixi olmayan bu sənəd daxili İşlər naziri tərəfindən dövri olaraq nəzərdən keçiriləcək.

Bu qərar İrandakı müharibə və dünya neft tədarükünün 20 faizinin keçdiyi Hörmüz boğazının blokadaya alınması nəticəsində yaranan qlobal enerji böhranı fonunda qəbul edilib.

İxrac və idxal bazarlarında yaranan gərginliyi yumşaltmaq məqsədi daşıyan bu addım Londonun enerji təhlükəsizliyini təmin etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

Xuraman Etibarlı

İnterpress.az