Hulusi Akar: “Türkiyə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini bir daha dəstəkləyir”backend

Hulusi Akar: “Türkiyə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini bir daha dəstəkləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər zaman dediyimiz kimi, Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və siyasi birliyini dəstəkləyirik”.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İtaliyanın “Messaggero” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, döyüşlərin uzanması Ukraynadakı müharibənin miqyasının genişlənmə riskini artırır. H.Akar bildirib ki, müharibə uzandıqca həm Rusiyanın, həm də Ukraynanın itkilərini kompensasiya etmək imkanları çətinləşir.

Nazir Ukrayna ilə Rusiya arasında toqquşmanın ilk günündən etibarən Türkiyənin fəal siyasət yürütdüyünü vurğulayıb: “Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin səylərinin ən əhəmiyyətli nəticələrindən biri bütün dünyanı təhdid qarşısında qoyan ərzaq böhranının qarşısının alınması oldu. Məqsədimiz toqquşmadan bəri hər iki tərəfin ilk dəfə bir araya gəldiyi İstanbul müzakilərini davam etdirməkdir”.