İcra başçısının müavini həbs edildi – FOTObackend

İcra başçısının müavini həbs edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bişkek şəhərinin vitse-meri Azat Uzakov korrupsiyada şübhəli bilinərək Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İnterpress.az apa-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

“Müəyyən edilib ki, Bişkek şəhərinin vitse-meri Qırğızıstan hökumətinin tikinti, nəqliyyat və kommunikasiya şöbəsinin rəhbəri olarkən ayrıca şirkətin maraqlarını lobbi etmək üçün korrupsiya sxemi təşkil edib”, – məlumatda deyilir.

Kəşfiyyat orqanlarının məlumatına görə, şübhəli şəxs Dövlət Tikinti Komitəsinin və ölkənin Çuy vilayətinin məsul şəxsləri ilə əlbir olaraq məktəblər inşa edən tikinti şirkətlərindən birinin “maraqlarını təbliğ etməklə” məşğul olub.

Mətbuat mərkəzi qeyd edir ki, onların tikintisi zamanı tender qanunvericiliyinin tələbləri, tikinti norma və qaydaları pozulub, nəticədə “obyektin qondarma istismara qəbulu həyata keçirilib”.

İlkin məlumatlara görə, dövlət büdcəsinə dəyən ziyan 10,8 mln. som (təxminən 127 min ABŞ dolları) təşkil edib.

İndiyədək həmin tikinti sahələrində zirzəmi mərtəbəsi istifadəyə verilməyib, yeməkxana, idman zalı, binanın fasadı tam təchiz olunmayıb, ərazi abadlaşdırılmayıb, yanğın təhlükəsizliyi sistemi yoxdur, elektrik işləri görülüb, tamamlanmayıb.

Bu cinayətdə şübhəli bilinən vitse-merdən başqa, Dövlət Quruluşunun idarələrindən birinin rəisi və tikinti şirkətinin baş direktoru da saxlanılıb.