“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin təfərrüatı məlum oldubackend

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibinin həbsinin təfərrüatı məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun həbsinin detalları məlum olub.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən ‘”Report”un sorğusuna cavab olaraq bildirilib.

İstintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilməklə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İnterpress.az