Rusiyada iki həftə ərzində üç körpə zibil qutusuna atılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sonuncu insident fevralın 26-da Orexovo-Zuyevoda baş verib. Orada bir kişi zibil qabında yeni doğulmuş körpə tapıb. Körpə oğlan xilas edilib və hazırda onun həyatı üçün təhlükə yoxdur. Polis ananı axtarır və faktla bağlı cinayət işi açılıb.
Bundan əvvəl Krasnoyarsk diyarında iki oxşar hadisə baş verib. 17 yaşlı tələbə yataqxananın tualetində doğuşdan sonra körpəsini zibil qutusuna atıb. Krasnoyarskda isə 16 yaşlı ana körpəsini zibil qutusuna atıb və orada ölüb.
Xuraman Etibarlı
İnterpress.az