İlham Əliyev hər zaman öz diqqət və qayğısını göstərirbackend

İlham Əliyev hər zaman öz diqqət və qayğısını göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bugün Azərbaycanda mədəni siyasət parlaq dövrünə yaşayır.  Respublikamızın bütün şəhər və rayonlarında geniş miqyaslı abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər sadəcə kompaniya xarakteri daşımır, şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir. Bütün bunlar dövlətimizin, onun rəhbərinin xalqına verdiyi dəyərdən irəli gəlir.
Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə,  sağlamlığını düşmənlə mübarizədə itirmiş əlillərə ölkə başçısı İlham Əliyev hər zaman öz diqqət və qayğısını göstərir, onların problemlərini aradan qaldırmaq üçün lazımi tədbirlər həyata keçirir.
Mənfur ermənilərin təxribatı nəticəsində gedən döyüşlər zamanı şəhidlərimizin və əlillərimizin sayı getdikcə artır.  Buna baxmayaraq bütün şəhid ailələrinə müavinət və təqaüd verilir. Əmək qabiliyyətini itirmiş əlillərə aylıq müavinətdən əlavə prezident təqaüdü   verilir.
Bütün dünyanın iqtisadiyyatı hal-hazırda çətin dövrünü yaşayır. Buna baxmayaraq dövlət başçımız şəhid ailələrindən,əlillərdən diqqət və qayğısını əsirgəmir.
22 iyul 2020-ci il tarixdə prezident  İlham Heydər oğlu Əliyev Bakının Xətai rayonunda şəhid ailələrinə,müharibə əlillərinə mənzil və avtomobillər təqdim etdi. İnanırıq ki, şəhidlərimizin övladları yüksək keyfiyyətlə tikilmiş bu mənzillərdə daha rahat böyüyəcəklər.
Son illər məcburi köçkünlər üçün müxtəlif bölgələrdə şəhərciklər salınıb,4 minə yaxın köçkün ailəsi artıq məskunlaşıb. Dövlət başçısınin qeyd etdiyi kimi daha 7 mindən çox məcburi köçkün ailəsi üçün şəhərciklər nəzərdə tutulub.
Hələ illər öncə Ulu Öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün onlarla ölkə ermənilərin riyakarcasına apardığı danışıqlara, törətdikləri təxribatlara baxmayaraq, bizim -Azərbaycan xalqının, Azərbaycan Prezidentinin yanındadır.
Heydər Əliyev böyük hərflərlə yazılacaq azərbaycanlı idi! “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyirdi. Ulu öndər əslində bu sözləri ilə dünyaya car çəkirdi. Heydər Əliyev bununla da azərbaycanlılığı etnik mənsubiyyətdən çıxararaq, ona dərin məzmun və məna verən fəxri titul səviyyəsinə yüksəltdi. Qloballaşan dünyada azərbaycanlıların yerini müəyyən etdi.
Ulu Öndər Heydər Əliyəvin siyasətini, ideologiyasını davam etdirən ölkə prezidentimiz İlham Əliyevin xalqımızı apardığı yol işıqlı yoldur.  Hər zaman prezidentimizin yanındayıq. Qanımızla, canımızla… İnanıram ki, bir gün işğalda olan torpaqlarımız azad olunacaq! O gün yaxındadı.
Jalə Həsənova 
Yevlax şəhər M.Ə.Sabir adına 2 saylı tam orta məktəbin müəllimi