İlin əvvəlindən Rusiyada 20 minə yaxın insan cinayətin qurbanı olubbackend

İlin əvvəlindən Rusiyada 20 minə yaxın insan cinayətin qurbanı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 11 ayında Rusiyada cinayətlər nəticəsində 20 minə yaxın insan ölüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 2022-ci ilin yanvar-noyabr ayları üçün cinayətkarlığın vəziyyəti ilə bağlı materiallarında qeyd olunub.

“Kriminal hücumlar nəticəsində 19,6 min nəfər həlak olub ki, bu da 2021-ci illə müqayisədə 9,6 % azdır, 29,8 min nəfərin sağlamlığına ciddi ziyan dəyib (keçən illə müqayisədə 1,2 % az)”, – materialda deyilib.

Statistik bilgilərə əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında cinayətlər sonucunda 21,6 min nəfər ölüb, 30,1 min nəfərin sağlamlığına ağır zərər dəyib, 2020-ci ilin 11 ayı ərzində 20,9 min nəfər həlak olub, 32,7 min nəfərin sağlamlığına ciddi ziyan dəyib.

Ümumilikdə bu il Rusiyada 1 823 min cinayət qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % azdır. Qeydə alınan cinayətlərin sayında artım Rusiyanın 29 regionunda, azalma isə 56-da olub.