İlk MDB Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri bilindi – FOTObackend

İlk MDB Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəhbəri bilindi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ay Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarında Azərbaycanın nümayəndə heyətinin rəhbəri müəyyən olub.

bu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin rəhbəri Fərid Mansurovdur.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə keçmiş Olimpiya və ikiqat dünya çempionu Fərid Mansurov yenicə başa çatmış Tokio Olimpiadasının da şef-de-missionu idi.

 

Qeyd edək ki, 4-11 sentyabr tarixlərində ilk dəfə Tatarıstanın paytaxtında keçirilməli olan MDB Oyunlarında Azərbaycandan başqa, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın 14-23 yaş aralığında olan idmançıları iştirak edəcək. Yarışda 1500-ə yaxın atlet 16 idman növü üzrə 184 dəst mükafat uğrunda mübarizə aparacaq. I MDB Oyunlarında 400-dən çox hakim və referi, o cümlədən 1000-dən çox könüllü fəaliyyət göstərəcək. Oyunları 100-dən çox media Kazandan işıqlandıracaq.

Yarışda təmsil olunacaq idman növləri bunlardır: badminton, basketbol (3×3), boks, borba (kəməri ələ keçirmək uğrunda qədim rus idman növü), cüdo, karate, koreş (türkdilli xalqların ənənəvi döyüş növü), stolüstü tennis, güllə atıcılığı, sambo, güləş, stend atıcılığı, tay boks (muay tay, kikboksinq), idman rəqsi, futzal və bədii gimnastika.