X-in sahibi İlon Mask sosial şəbəkənin işindəki kütləvi pozuntuların səbəbini “kütləvi hücumlar” kimi izah edib.
İnterpress.az xəbər verir ki, bu gün səhər saatlarından etibarən sosial şəbəkənin işində vaxtaşırı kütləvi hücumlar müşahidə olunur.
X sosial şəbəkəsinin rəhbəri İlon Mask bildirib ki, onun platforması hakerlərin hücumuna məruz qalıb.
“X-a qarşı kütləvi kiberhücum olub (və hələ də var). Bizə hər gün hücum edilir, lakin bu, çoxlu resursla edilib.
Ya böyük, koordinasiyalı qrup və/yaxud ölkə iştirak edir”, – o, sosial media hesabında yazıb.
Xuraman Etibarlı
İnterpress.az