İmişlidə avtomobil su kanalına düşüb, ölən varbackend

İmişlidə avtomobil su kanalına düşüb, ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişlidə avtomobil su kanalına aşıb, bir nəfər ölüb.

Hadisə bu gün səhər saatlarında İmişli-Qaravəlli-Mirili avtomobil yolunun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon sakini, 1978-ci il təvəllüdlü Abasov Bəxtiyar Yadulla oğlu idarə etdiyi “ Mercedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarə etməni itirib və avtomobil yoldan çıxaraq yaxınlıqdakı su kanalına düşüb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.